İsrail mənbələrinin məlumatına görə, Qəzza zolağına yaxın yerləşən Aşkelon şəhərində “Həmas” hərəkatının həyata keçirdiyi raket atəşi nəticəsində ondan çox adam yaralanıb.
Verilən məlumata görə, ən azı 12 nəfər xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.
Aşkelon Qəzza zolağının qonşuluğunda İsrailin ən böyük şəhəridir, burada 130 mindən çox insan yaşayır.