Sentyabrın 19-dan bəri Rusiya sülhməramlıları Qarabağda ümumilikdə 21 müşahidə məntəqəsini bağlayıb. Digər müşahidə məntəqələrinin də, mərhələli şəkildə bağlanacağı gözlənilir.
Qeyd etmək lazımdır ki, rusiya sülhməramlıları 2020-ci ildə imzalanan üçtərəfli bəyanat əsasında Qarabağa 5 illik müddətə gəlmişdir.