İsrail və Fələstin arasında bir neçə gündür davam edən toqquşmalar nəticəsində minlərlə insan ölüb, ön minlərlə insan yaralanıb. Hazırda İsrail Qəzza zolağını blokadada saxlayır. Bununla bağlı BMT-nin baş katibi Antonio Quterreş sosial şəbəkə hesabında yazıb ki, yanacaq, qida və su da daxil olmaqla həyati vacib ləvazimatlar Qəzzaya buraxılmalıdır.
"Bizə indi sürətli və maneəsiz humanitar çıxış lazımdır", - deyə BMT-nin baş katibi qeyd edib.