Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xankəndində həssas qruplardan olan insanlar üçün sığınacaq yaradıb. Ümumilikdə 30 çarpayısı olan sığınacaqdan ümumilikdə 11 nəfər istifadə edir.
Sığınacaqda qalanlar gündə üç dəfə isti yeməklə təmin olunurlar. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri gün ərzində bir neçə dəfə sığınacaqda olur, şəraitlə tanış olur, ərzaq təminatı və göstərilən sosial xidmətlərlə maraqlanır.