Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün İrəvanda görüşüb. Görüşdə tərəflərin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə etdiyi bildirilir.
Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.