Rusiya və Qırğızıstan arasında hərbi əməkdaşlıq inkişaf etdiriləcək
SİYASƏT
19:01
12.10.2023
Baxılıb: 2357
Rusiya və Qırğızıstan arasında hərbi əməkdaşlıq inkişaf etdiriləcək

Rusiya prezidenti Vladimir Putin Qırğızıstana səfər çərçivəsində Qırğızıstan prezidenti Sadir Japarovla görüşüb. Görüş zamanı Qırğızıstanda Rusiya aviabazasının yaradılmasının 20 illiyi də qeyd edilib. Görüş zamanı Putin Rusiya və Qırğızıstan arasında hərbi və hərbi-texniki əməkdaşlığın davamlı olaraq möhkəmlənməsinə və genişlənməsinə ümid etdiyini bildirib.

 

Prezident Japarov bildirib ki, Qırğızıstan parlamenti Rusiya ilə ümumi hava məkanının təhlükəsizliyini təmin etmək və regionda hərbi əməkdaşlığı genişləndirmək məqsədi daşıyan vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi ratifikasiya edib. .

Digər xəbərlər