HƏMAS-ın İsrailə gözlənilməzi hücumundan bəri ABŞ birmənalı şəkildə İsrailə öz dəstəyini göstərir. Bu dəstək çərçivəsində, ABŞ dövlət Katibi Entoni Blinken İsrailə təcili səfər etmişdi.
Bu gün isə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrail hökumət nümayəndələri ilə görüşmək və Vaşinqtonun Həmas qruplaşması ilə müharibənin ilk günlərində İsrailə sürətlə çatdırdığı bəzi silah və təhlükəsizlik yardımlarını görmək üçün İsrailin Təl-Əviv şəhərinə gəlib.