İsrail Suriyanın Dəməşq və Hələb hava limanlarına eyni vaxtda raket zərbələri endirərək uçuş-enmə zolaqlarına ziyan vurub və hər iki hava limanını sıradan çıxarıb.
Suriya tərəfi iddia edir ki, raket zərbələri İsrailin Qəzzada HƏMAS ilə müharibədən diqqəti yayındırmaq məqsədi daşıyır.