Human Rights Watch (HRW) təşkilatı iddia edir ki, İsrail ordusunun 10 və 11 oktyabrda Qəzza zolağı və Livanı bombalaması zamanı ağ fosfordan istifadə etdiyinə dair sübutlar var.
Hüquq müdafiəçilərinin fikrincə, Qəzzada ağ fosfordan istifadə mülki əhali üçün təhlükəni artırır və bu beynəlxalq humanitar hüququn kobud pozuntusu sayılır.