Rusiya prezidenti Vladimir Putin MDB sammitində çıxışı zamanı davam edən Fələstin-İsrail münaqişəsinin nizamlanmasının vacibliyini vurğulayıb. Putin BMT-nin müstəqil Fələstin dövləti ilə İsrailin sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan “iki dövlət” formulunun həyata keçirilməsinin vacibliyini vurğulayıb.
O, xüsusilə son hücumlar qarşısında İsrailin özünü müdafiə etmək hüququnun olduğunu, lakin münaqişənin həlli üçün dinc vasitələrin vacibliyini vurğulayıb. Putin, paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlərinin yaradılmasını sülh üçün yeganə yol adlandırıb.