Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkinlə görüşüb. Bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib.
Musinyanın sözlərinə görə, təxminən bir saat yarım davam edən söhbət zamanı Levon Ter-Petrosyan və Sergey Kopirkin regionun sabitləşməsi perspektivlərini müzakirə ediblər.