Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb
SİYASƏT
18:27
13.10.2023
Baxılıb: 3534
Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən, fiziki şəxs Əhədov Hacıbala Hacıdədə oğluna məxsus şirniyyat istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.

 

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, çarpaz çirklənmə riskinin yarandığı, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb.

Digər xəbərlər