Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunda işlərin 87 faizi yekunlaşıb
19:29
13.10.2023
Baxılıb: 4218
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunda işlərin 87 faizi yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunda görülən işlərin 87 faizi yekunlaşıb. 

 

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 km-dir.  

 

Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr, torpaq yatağının eni isə 21.5 metr təşkil edir.

 

Yolun tikintisinin 2023-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Digər xəbərlər