Ermənistan prezidenti Vaaqn Xaçaturyan Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb. Bu barədə prezidentin rəsmi saytında dərc olunub.
Qeyd etmək lazımdır ki, 3 oktyabr tarixində Ermənistan parlamenti lehinə 60 səs olmaqla Roma Statutunu ratifikasiya edib.
Bu ratifikasiya onsuz da gərgin olan, Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib.