İsrail ordusu yerli vaxtla saat 10:00-13:00 arasında Qəzza zolağının şimalından cənubuna gedən marşrutu atəşə tutmağı müvəqqəti dayandırdığını elan edib.
Bu elan Qəzza şəhəri və şimal bölgəsinin sakinlərinə təhlükəsizlikləri üçün cənuba köçmək üçün edilən son çağırışlardan sonra verilib.
Qeyd etmək lazımdır ki, yaxın vaxtlarda İsrail qoşunlarının Qəzzaya girəcəyi bildirilir.