Gürcüstanda zorla qaçırılan daha sonra isə güllələnərək öldürülən 14 yaşlı qızın cinayət işi ilə bağlı həbslər səngimir. İlk olaraq, cinayəti törətməkdə şübhəli bilinən Alim Aslanov tutularaq istintaqa təhvil verilmişdi. Daha sonra 14 yaşlı qızın anası və dayısı cinayəti bilib gizlətdiyinə görə polis tərəfindən saxlanılmışdı.
Bu gün isə, Alim Aslanovun əmisi Əhliman Aslanov və onun oğlu Bəkir Aslanov da tutularaq istintaqa təhvil verilib. Hər ikisi cinayəti bilib, lakin polisə məlumat vermədiyinə görə həbs olunublar.
Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Gürcüstanda baş verən qətl hadisəsi Gürcüstan və Azərbaycan mediasının gündəmindədir. Belə ki, evləndirilmək məqsədilə qaçırılan 14 yaşlı qız iki aydan sonra onu qaçıran şəxs tərəfindən odlu silahdan atəş açılaraq öldürülüb.