Qəzzada atəşkəs olacaq
SİYASƏT
11:29
16.10.2023
Baxılıb: 3410
Qəzzada atəşkəs olacaq

Əl-Ərəbiyyə telekanalının verdiyi məlumata görə, Qəzzada saat 9:00 dan etibarən effektiv olacaq 5 saatlıq atəşkəs razılaşması əldə olunub.

 

Atəşkəsin məqsədi, ərazidə olan xarici ölkə vətəndaşlarının evakuasiyasını həyata keçirmək və Qəzzaya göndərilən humanitar yardımları əraziyə çatdırmaqdır. Hazırda Misirlə sərhəddə yerləşən keçid məntəqəsində 100-dən çox yük maşını gözləyir. 

 

Qeyd etmək lazımdır ki, Bakı vaxtılə atəşkəs günorta saat 3-ə qədər davam edəcək. 

Digər xəbərlər