İsrail rəsmilərinin məlumatına görə Qəzzada ən azı 199 nəfər İsrail vətəndaşı girov saxlanılır. İndiyədək 155-ə yaxın girovun kimliyi müəyyən edilib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari bildirib ki, 199 girovun bütün ailələri məlumatlandırılıb. O həmçinin bildirib ki, girovlardan bəzilərinin yeri müəyyən olsa da, hələlik onların azad edilməsi üçün əməliyyat keçirilməyəcək.