Nazir müavini şəhid ailəsini ziyarət edib
SİYASƏT
15:00
16.10.2023
Baxılıb: 4512
Nazir müavini şəhid ailəsini ziyarət edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tarixi Zəfərimizlə yekunlaşan  44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Zeynallı Rəşad Qiyas oğlunun ailəsini ziyarət edib.

 

Qubadlı  rayonu uğrunda döyüşlərdə şəhid olan Rəşad Zeynallı Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və  "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. 

 

Nazir müavini dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğunu vurğulayıb. O, şəhid Rəşad Zeynallının ailə üzvlərinin də bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağını bildirib.

 

Digər xəbərlər