Almaniya kanslerinin bu gün Albaniyanın paytaxtı Tiranaya səfər edərək Qərbi Balkan ölkələrinin sammitində iştirakı gözlənilir.
Olaf Scholz Avropa Komissiyasının sədri Ursula fon der Leyen və digər liderlər ilə Balkan regionunun Avropa İttifaqına üzvlük məsələlərini müzakirə edəcək.
Həmçinin Şoltz və Fon Der Leyenin Albaniya, Bosniya-Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiya da daxil olmaqla Balkan ölkələrinin dövlət və hökumət başçıları ilə danışıqlar aparacağı planlaşdırılıb.