ABŞ prezidenti Co Bayden sabah İsrailə gedəcək.
ABŞ dövlət katibi Entoni Blinken İsrail rəhbərliyi ilə 7 saatlıq danışıqlardan sonra bu barədə məlumat verib.
Blinkenin açıqlamasından dərhal sonra Ağ Ev Milli Təhlükəsizlik Şurasının rəsmisi Con Kirbi Vaşinqtonda media ilə görüşü zamanı bildirib ki, Bayden səfəri ilə ABŞ-ın İsraillə həmrəyliyini nümayiş etdirmək məqsədini daşıyır.