Rusiya prezidenti Vladimir Putin “Bir kəmər, bir yol” adlı üçüncü beynəlxalq konfransında iştirak etmək üçün Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə bu gün ikigünlük səfər çərçivəsində paytaxt Pekinə gəlib.
Səfərin ilk günündə Putinin konfransda iştirak edən digər dövlətlərin liderləri ilə bir sıra ikitərəfli görüşləri və Çin lideri ilə rəsmi görüş mərasimində iştirakı nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Putin uzun müddət idi ki, beynəlxalq tədbirlərdə iştirak etmirdi. O, əvəzinə nümayəndə kimi Lavrovu göndərirdi bu cür tədbirlərə.
Konfransın açılışı və əsas tədbirlər sabaha planlaşdırılıb. Rusiya-Çin danışıqlarının da sabah baş tutacağı planlaşdırılır.