Suriyadan daha 10 nəfər Azərbaycana gətirilib
SİYASƏT
17:43
17.10.2023
Baxılıb: 5855
Suriyadan daha 10 nəfər Azərbaycana gətirilib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 17 oktyabr 2023-cü il tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla 10 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Repatriasiya olunmuş uşaqlardan 4 nəfəri hər iki valideynini itirdiyi məlumdur. Bu xüsusda, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və sonradan Türkiyə Respublikası ərazisinə keçidinə nail olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilərək, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.
17 oktyabr 2023-cü ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.
Digər xəbərlər
SON XƏBƏRLƏR
Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib
16:25
Altı ştatda qırmızı həyəcan siqnalı
16:23
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək
15:58
Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir
15:54
BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcək
15:31
Növbəti iki gündə bəzi bölgələrə dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
15:28
İran BRİCS-də təhlükəsizlik üzrə xüsusi strukturun yaradılmasını təkif edib
15:25
Norveçin Türkiyə ilə bağlı qərarı: Müdafiə məhdudiyyətləri qaldırıldı
15:11
Uşaq fotoşəkillərdən süni intellektlə hazırlanan saxta pornoqrafik videolarla ailələrin şantaj edilir
15:06
Ərdoğan: Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir
15:01
Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verib
14:46
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər
14:35
Hesablama Palatası ət və ət məhsullarının qiymətlərinə dair araşdırma aparıb
14:33
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
14:30
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
14:27
Yaşa görə müavinət alanları SEVİNDİRƏCƏK XƏBƏR
14:06
Fransada Olimpiada zamanı terror törətməkdə şübhəli bilinənlərə ittiham irəli sürülüb
13:46
Sepahın baş komandanı: Sərhədlərimizin təhlükəsizliyini təmin edə bilmirik
12:54
Lixtenşteyn rəsmisi: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdırlar"
12:50
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib
12:28