17 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Tomas Ştehlini qəbul edib.
Görüş zamanı səfir Tomas Ştehli etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfirə fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət və bir sıra digər sahələri özündə ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional vəziyyət müzakirə olunub.