Fransanın müdafiə naziri Ermənistana veriləcək silahlardan danışıb
SİYASƏT
17:53
17.10.2023
Baxılıb: 4536
Fransanın müdafiə naziri Ermənistana veriləcək silahlardan danışıb

Fransa Ermənistana ciddi müdafiə silahları satacaq. Bu barədə ötən gün Senatın komitəsində keçirilən 2024-cü il büdcəsinin müzakirəsi zamanı Fransa Silahlı Qüvvələrinin naziri Sebastien Lekornue bildirib.

Nazir, hansı silahların tədarük ediləcəyini hələlik açıqlamayıb. Bildirib ki, bu məsələni  İrəvanla aydınlaşdırmaq lazımdır. 

Nazir onu da qeyd edib ki, Fransanın daimi müdafiə missiyası artıq Ermənistanda fəaliyyət göstərir. Lekornun sözlərinə görə, hərbi attaşe təcrübəli polkovnikdir və mühüm işlər görür.

Digər xəbərlər