Ermənistan ordusunun N saylı hərbi hissəsində çağırışçı olan üç əsgərin 2020-ci ildə 44 gün davam edən müharibə zamanı döyüş tapşırığını yerinə yetirməkdən boyun qaçırması ilə bağlı cinayət işi davam edir.
Adları ictimaiyyətə açıqlanmayan üç əsgərin işi ilə bağlı prokurorluq cinayət işini yekunlaşdırıb Sünik rayon birinci instansiya məhkəməsinə göndərib.