Baş Prokurorun Çinə səfəri başa çatıb
SİYASƏT
14:32
20.10.2023
Baxılıb: 4041
Baş Prokurorun Çinə səfəri başa çatıb

Azərbaycan Respublikasının Baş prokurorunun Çin Xalq Respublikasına işgüzar səfəri başa çatıb.

 

Çinə işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Çin Kommunist Partiyası Mərkəzi İntizam Komissiyasının və Milli Müşahidə Komissiyasının üzvü Vanq Hongjinlə görüşüb. Görüşdə dövlətlərimiz və xalqlarımız arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

 

Vanq 2008-ci ildə Çinin Siçuan əyalətində baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti tərəfindən dövlət büdcəsi hesabına yeni məktəbin inşasını minnətdarlıq hissi ilə xatırladığını qeyd edib. Kamran Əliyev Çinin Milli Müşahidə Komissiyası tərəfindən Təmiz İpək Yolu Forumunun yüksək və peşəkar səviyyədə təşkil olunması və uğurlu keçirilməsi münasibətilə həmkarını təbrik edib. Baş prokuror ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə və öncül beynəlxalq təcrübəyə əsaslanan antikorrupsiya islahatları barədə Vanq Honjini məlumatlandırıb.

 

Tərəflər ölkələrimiz arasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, sahibkarlıq fəaliyyətində şəffaf biznes iqliminin və rəqabətliliyin təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Görüşdə ölkəmizin Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Ata 5 aylıq körpəsini döyərək öldürüb
14:03
Azərbaycan CIFTIS sərgisində təmsil olunur
14:01
Mərakeşdə erməni təxribatının qarşısı alınıb
13:59
Minlərlə cinayətkar küçələrdədir
13:51
Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ
13:45
Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi
13:39
Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək
11:54
Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
11:50
Uill Smitin Bakıda konserti baş tutub
11:48
Belarus Çinlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir
11:45
Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır
11:42
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:28
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub
11:27
Estoniya “Rail Baltic” layihəsinin maliyyələşdirilməsinə 200 milyon avro ayıracaq
09:29
İsrail ordusu: Livandan 5 raket atılıb
09:28
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
09:27
Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib
09:24
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
09:23
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 39 şübhəli saxlanılıb
09:21
Reuters: Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması yollarını nəzərdən keçirir
00:45