Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefonla danışıb.
Rusiya Xarici işlər Nazirliyindən verilən məlumata görə, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəliyi müzakirə ediblər.
Həmçinin verilən məlumatda qeyd olunur ki, tərəflər regional “3+3” (Ermənistan, Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan) platformasının fəaliyyəti ilə bağlı mövqeləri müqayisə edib və təmasların davam etdirilməsi barədə razılığa gəliblər.