Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
150 çarpayılıq xəstəxananın bina və qurğuları 6,1 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 18 min 288,4 kvadratmetrdir.
Səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.