İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş bu gün İrəvanda Ermənistan və İranın Araz çayı üzərində yeni körpünün tikintisinə dair razılığa gəldiyini açıqlayıb.
Nazir bildirib ki, yük maşınları Ermənistan-İran sərhədindən keçərkən ötən əsrdə tikilmiş körpündən keçir. İran rəsmisinin sözlərinə görə, mövcud körpü köhnədir, ötürmə qabiliyyəti azdır və yenisinin tikintisi üçün Ermənistan-İran işçi qrupu yaradılacaq.