Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov oktyabrın 27-də saat 10:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti 37) Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Xızı və Siyəzən rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( //customs.gov.az/az/muracietler/sedre-mektub ) qəbula yazıla bilərlər.