Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu təqdim edib.
Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya hücumundan sonra, İsveç NATO-ya qəbul olmaq üçün müraciət etmişdi, lakin onun namizədliyinə yeganə etiraz edən ölkə Türkiyə idi. Müəyyən danışıqlardan sonra, Ərdoğan İsveçin NATO-ya girməyinə razılıq verdi.