ABŞ İsrailə az sayda hərbi məsləhətçi göndərib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, bu məsləhətçilər İsrailin hazırkı və ya gələcək əməliyyatlarına fayda verə biləcək müvafiq təcrübəyə malikdirlər.
İsrailə göndərilən amerikalı hərbi müşavirlərin dəqiq sayı açıqlanmır.