ABŞ 3+3 formatını dəstəkləyir
SİYASƏT
14:38
24.10.2023
Baxılıb: 4428
ABŞ 3+3 formatını dəstəkləyir

Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən Tehranda keçirilən “3+3” formatlı görüşlə bağlı suala cavab verərkən bildirib ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə kömək edən istənilən xoşməramlı təşəbbüsü alqışlayır.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan, Rusiya, İran, Türkiyə, Ermənistan və Gürcüstanın adi edildiyi 3+3 formatı 2020-ci ildən sonra meydana çıxıb. 23 oktyabrda Tehranda baş tutan görüşdə, beş ölkənin xarici işlər nazirləri iştirak edib. Gürcüstan görüşdən imtina edib. 

Digər xəbərlər