Fransa prezidenti Emmanuel Makron HƏMAS-ın 7 oktyabr hücumlarından sonra ölkəsinin İsraillə "tam həmrəyliyini" ifadə etmək üçün Təl-Əvivə gəlib.
Rəsmi Parisin məlumatına görə, Fransa prezidenti səfəri ilə təkcə İsraillə həmrəylik nümayiş etdirməyə deyil, həm də eskalasiyanın qarşısını almaq, girovları azad etmək, İsrailin təhlükəsizliyinə zəmanət vermək üçün təkliflər irəli sürməyə çalışır.
Qeyd etmək lazımdır ki, indiyə qədər, Co Bayden, Olaf Şoltz və Britaniyanın baş naziri İsrailə həmrəylik göstərmək üçün səfər edib.