Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, İrəvan Ağsaqqallar Şurasının “Vətəndaş sazişi” fraksiyasının üzvü Suren Qriqoryan və “Respublika” fraksiyasının üzvü Sarqis Mədətyan istefa ərizəsi veriblər.
Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Ağsaqqallar Şurasının üzvlərinin mandatları “Vətəndaş sazişi” partiyasının seçki siyahısı üzrə növbəti namizədi Levon Levonyana və “Respublika” partiyasının növbəti namizədi Mher Becanyana verilib.
Xatırladaq ki, İrəvan şəhərini idarə edəcək şuraya seçkilər sentyabr ayında keçirilib.