Polşa Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Polşa prezident administrasiyasına məxsus avtomobildə geolokasiyaya nəzarət cihazı aşkar ediblər. Bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 2023-cü ilin yayında Polşa Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları prezident administrasiyasının maşınlarından birində lokator aşkar ediblər.
Lokator avtomobilin yerini real vaxt rejimində izləməyə imkan verdiyi deyilir. Kanal iddia edir ki, avtomobil Dudanın Ukraynaya səfərləri zamanı müşayiət edən kortecin bir hissəsi olub.