Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Gürcüstanda səfərdədir.
Gürcüstan hökumətindən verilən məlumata görə, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qarşılayıb.
Əli Əsədov və nümayəndə heyəti Tbilisi İpək Yolu Forumu çərçivəsində Gürcüstanda səfərdədir. Forumun rəsmi açılışı sabah baş tutacaq.