Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisi İpək Yolu Forumu çərçivəsində Gürcüstandadır. Səfər çərçivəsində Nikol Paşinyan və Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında görüş baş tutub.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan və Ermənistan arasında mövcud münasibətlərə və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub. Eyni zamanda Tiflisdə keçirilən İpək Yolu Forumunun əhəmiyyətinə diqqət çəkilib.