Azərbaycanın Baş Naziri Əli Əsədov Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib ki, Azərbaycan və Gürcüstan tarix boyu olduğu kimi, bu gün də Avropa və Asiya arasında ticarət-iqtisadi əlaqələrdə körpü rolunu oynamaqda davam edir.
Əli Əsədov həmçinin bildirib ki, Azərbaycan və Gürcüstan 1990-cı illərin sonunda Böyük İpək Yolunun bərpası konsepsiyasını dəstəkləyən ilk ölkələr sırasında olub.
Qeyd edək ki, Əli Əsədov Tbilisidə İpək Yolu Forumunda çıxış etmək məqsədilə Gürcüstanda səfərdədir.