Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisidə keçirilən İpək Yolu Forumunda çıxışı zamanı bildirib ki, Ermənistan Azərbaycandan qaz ala bilər.
Vardanyanın sözlərinə görə, 1990-cı illərdəki münaqişəyə görə, Azərbaycan və Ermənistan arasında enerji ticarəti dayananda, Ermənistanın enerji sistemi dərin böhran yaşadı. Lakin, sonralar müxtəlif vasitələrlə, bu enerji tədarükü bərpa edildi. Hazırda Ermənistan enerji baxımından Rusiya və İrandan asılıdır.
Bu asılılığı azaltmaq, enerji mənbələrini diversifikasiya etmək üçün, Ermənistan Azərbaycan qazını almağa hazır olduğunu bəyan edir.