ABŞ Ukraynaya yeni yardım paketini açıqlayıb. ABŞ Dövlət katibi Entoni Blinkenin Ukraynaya yardım adı altında açıqladığı paketə 150 milyon dollarlıq silah və sursat daxildir.
Blinken bildirib ki, yeni paketə daxil olan zenit müdafiə vasitələri, tank əleyhinə silahlar, artilleriya və digər silahlar ukraynanın ərazisini Rusiyanın hücumlarından müdafiə etmək və Rusiya qüvvələrinə qarşı əks hücumu davam etdirmək qabiliyyətini artırmaq məqsədilə verilir.