Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qəzzanın potensial dağıdılması və onun 2 milyon sakininin didərgin düşməsindən narahatlığını bildirib. Lavrov bildirib ki, bu baş verərsə əsrlərlə olmasa da, onilliklər boyu davam edən fəlakətli vəziyyətə gətirib çıxaracaq.
Lavrov münaqişə zonasında əhaliyə yardım üçün humanitar proqramların elan edilməsinə çağırıb. O, həmçinin qeyd edib ki, Rusiya İsraillə təmasdadır və münaqişənin sülh yolu ilə həllini axtarmağın vacibliyini vurğulayır.
Bununla belə, o, hazırkı şəraitdə iki dövlətin – İsrail və Fələstinin yaradılması üçün birbaşa danışıqların mümkünlüyünə şübhə etdiyini bildirib.