Hindistanın “The Economic Times” nəşri yazır ki, Hindistan ilk silah partiyasının uğurla çatdırılmasından sonra Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi düşünür.
Hindistan qəzeti anonim mənbələrə istinadən bildirir ki, bu yaxınlarda Ermənistanın yüksək rütbəli rəsmisi Dehlidə olub və bununla bağlı müzakirələr aparıb.