Mahaçqala hava limanı yenidən fəaliyyətə başlayıb
SİYASƏT
17:59
30.10.2023
Baxılıb: 4241
Mahaçqala hava limanı yenidən fəaliyyətə başlayıb

Dünən kütləvi iğtişaşlara səhnə olan Dağıstanın paytaxtı Mahaçqalanın beynəlxalq hava limanı yenidən işə başlayıb. 

Verilən məlumatına görə, bununla belə, yaxın günlərdə Təl-Əvivdən Mahaçqalaya, eləcə də Minvoda gedən təyyarələr Rusiyanın digər hava limanlarına enəcək.

Qeyd etmək lazımdır ki, dünən Dağıstanda bir qrup Mahaçqala hava limanına hücum edərək, iğtişaşlar törətmişdir. Hadisə ilə bağlı 60-a yaxın şəxs həbs edilib. 

Digər xəbərlər