Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 70 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 315 ailə, yəni 1205 nəfərin daimi məskunlaşması təmin edilib.