ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, ABŞ-ın Kiyevə dəstəyi davam etməsə, Rusiya Ukrayna ərazisini ələ keçirmək cəhdində uğur qazanacaq.
"Mən zəmanət verə bilərəm ki, bizim dəstəyimiz olmasa Putin uğurlu olacaq", - deyə Austin prezident Co Baydenin Ukrayna, İsrail və ABŞ sərhədlərinin təhlükəsizliyi üçün iddialı planların maliyyələşdirilməsi üçün 106 milyard dollar (100 milyard avro) tələbi ilə bağlı Senatda dinləmələr zamanı deyib.