Diplomatik mənbələrin məlumatına görə ABŞ dövlət katibi Entoni Blinken noyabrın 5-də Türkiyəyə səfər edəcək. Dövlət Departamenti isə səfərlə bağlı xəbəri nə təsdiq, nə də təkzib edib.
Blinkenin Ankaraya getməzdən əvvəl İordaniyaya səfər edəcəyi də gözlənilir. Qeyd etmək lazımdır ki, son dövrlərdə İordaniya və İsrail arasında münasibətlər kifayət qədər kəskinləşib.