Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2024-cü il dövlət büdcəsinin müzakirəsi zamanı yaxşı xəbərlərin olduğunu bildirib. O qeyd edib ki, Ermənistan-Türkiyə nizamlanması prosesində müsbət irəliləyişlər ola bilər.
Bu sazişlərdən biri Ermənistan-Türkiyə dövlətlərarası quru sərhədinin bir qrup adamlar üçün, o cümlədən diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları, habelə üçüncü ölkələrin vətəndaşları üçün açılmasını nəzərdə tutur.