ABŞ dövlət katibi Entoni Blinken İsrailə gəlib və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Onların görüşünün təfərrüatları hələ açıqlanmayıb.
Səfərdən öncə Blinken bildirib ki, İsrail tərəfləri ilə müzakirələrdə Qəzzada mülki şəxslərə dəyən zərərin azaldılmasına yönəlmiş “konkret addımlar”ın atılmasını nəzərdə tutulur.